20 Sentyabr 2024
Ölkə futbolu

Niderland – Azərbaycan oyununun hakimləri bəlli oldu

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit mərhələsində səfərdə Niderland yığmasına qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Litvadan olan hakimlər briqadası idarə edəcək.

Meydanda ədaləti Dominykas Norkus, Mantas Pomeckis və İrmantas Kapraşovas qorumağa çalışacaqlar. “Timekeeper” isə niderlandlı Joern Te Kloeze olacaq.

Qeyd edək ki, dekabrın 20-də reallaşacaq Niderland – Azərbaycan görüşü saat 21:30-da başlanacaq. Millimiz dekabrın 15-də isə Rumıniyanı qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43