“Barselona”nın müdafiəçisi İniqo Martines qeyri-müəyyən müddətə sıradan çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı ispaniyalı sağ ayağından zədə alıb. Futbolçunun sağalma müddəti hələ müəyyən edilməyib.
Martines 2023-cü ilin iyulunda “Atletik”dən “Barselona”ya keçib. Futbolçu komandanın heyətində bütün turnirlərdə 10 oyununda iştirak edib.