“Bizim üçün ağır oyun alındı. İstədiyimizi meydanda göstərməyə rəqib imkan vermədi. Komandamdan daha çox dinamika gözləyirdim. Amma yenə qol epizodlarımız oldu. Hesab 1:0 olanda, epizodları vursaydıq, nəticə fərqli olardı. Səviyyə fərqini danmaq olmaz. “Qarabağ” layiqli qələbə qazandı’.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– “Kəpəz”lə matçınız olacaq, altı xallıq oyundur. Bu görüş nə dərəcədə önəmlidir?
– Hələ o oyunu düşünmürdük. Bu matçı fikirləşirdik.Hər xal önəmlidir. Çempionatda hər komandadan xal almaq mümkündür.
– Ülvi İsgəndərov haqda hansı fikirdəsiz? Keçən mövsüm qollar vururdu…
– Ülvi də çalışır. Keçən il daha uğrulu alınırdı. Daha da artığını etməlidir ki, qolları gəlsin. Potensialı olan futbolçudur. Üzərində çox işləməlidir ki, alındırsın.
– “Qarabağ”ın ağır səfərdən gəlməsi sizdə az da olsa, arxayınçılıq yaratmamışdı?
– Bizim üçün ağır olacaqdı. Mövsümün əvvəlində “Omoniya” ilə oynadıq, iki gün sonra “Sabah”a uduzduq. Bizim kimi komandalara ağır olur. Amma “Qarabağ”ın heyəti genişdir, onlar üçün rotasiyaya etmək rahatdı.
– İlk qolu analiz etdiz?
– Hələ baxmamışam. Rahat qol olmur. Rəqibin də vurduğu qolu kiçiltmək lazım deyil. Sadəcə boşluqdan istifadə etdilər.