“Barselona”nın hücumçusu Robert Levandovski klubunu dəyişə bilər.
İdmanxeber.az “El Chiringuito” telekanalına istinadən xəbər verir ki, kataloniyalılar 2024-cü ilin yayında polşalı futbolçunu satmağı düşünə bilər.
Əvvəlki transfer pəncərəsində Səudiyyə Ərəbistanı klubları Levandovski ilə maraqlanıb və 35 yaşlı futbolçunu izləməkdə davam edir.
Levandovskinin müqaviləsi 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub.