20 Sentyabr 2024
Dünya futbolu

“Real” ukraynalı qapıçı ilə bağlı qərar verdi

Ukraynalı qapıçı Andrey Lunin “Real”da qala bilər.

İdmanxeber.az-ın məlumatına görə, yerli mətbuat onun Madrid təmsilçisindən ayrılacağı bildirsə də, rəhbərlik oyunçunu buraxmaq niyyətində deyil. Luninin “kral klubu” ilə 2025-ci ilə qədər müqaviləsi var.

24 yaşlı qolkiper “Real”ın heyətində bütün turnirlərdə 24 oyun keçirib, 23 qol buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43