Premyer Liqada noyabr ayının ən yaxşı məşqçisi Erik ten Haq seçilib.
İdmanxeber.az-ın məlumatına görə, ötən ayın ən yaxşı oyunçusu da “Mançester Yunayted”dən olub. “Qırmızı şeytanlar”ın müdafiəçisi Harri Maquayr bu mükafata sahib çıxıb.
“Mankunianlar” noyabr ayında oynadığı hər 3 oyunu qapısında qol görmədən qazana bilib.