“Barselona”nın kapitanı Sergi Roberto gələcək karyerası barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu Xavinin rəhbərliyi altında oynamaqda rahat olduğunu və Kataloniya klubunda çıxış etməyə davam edəcəyinə ümid etdiyini bildirib:
“Xavinin rəhbərliyi altında oynamaqdan məmnunam. Mən onun etibarını hiss edirəm. Əgər klub mövsümün sonunda çıxışımdan razı qalsa, “Barselona”da qalacam”.
Daha əvvəl 31 yaşlı futbolçunun karyerasını “İnter Mayami”də davam etdirə biləcəyi bildirilirdi. Futbolçu La Liqada bu mövsüm 4 oyun keçirib, 1 qol vurub.