İspaniya Kral Kubokunun 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, “Real” və “Barselona”nın da rəqibləri bəlli olub. Madrid klubu “Arandina”, Kataloniya təmsilçisi isə “Barbastro” ilə mübarizə aparacaq.
Hər iki komanda da İspaniyanın 4-cü divizionunda çıxış edir. “Atletiko”nun rəqibi 3-cü diviziondan olan “Luqo” olacaq.
1/16 finalın oyunları yanvarın əvvəlində baş tutacaq.