“Fiorentina” “Yuventus”dan yarımmüdafiəçi Artur Melonun hüquqlarını almağa hazırdır.
İdmanxeber.az-ın məlumatına görə, Florensiya klubu yarımmüdafiəçidən çox razıdır. Yaxın aylarda futbolçunun hüquqlarının satın alınacağı gözlənilir.
Artur Melonun özü “Fiorentina”da oynamağa davam etməkdə maraqlıdır. O, sözügedən klubda icarə əsasında çıxış edir.
Arturun “Yuventus”la müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.