“Zirə” Andriya Lukoviçlə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçiylə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub.
Lukoviç 2022-ci ilin yayından bəri “Zirə”də çıxış edirdi. O, bu mövsüm 8 oyuna çıxıb və 1 məhsuldar ötürmə etmişdi.