“Karagümrük” Salvatore Siriqunu heyətinə qatdığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi 37 yaşlı qolkiperlə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Ötən il sentyabrında “Nitsa”yla müqavilə imzalayan Siriqu Fransa klubunda 1 oyuna belə çıxmayıb. Təcrübəli qapıçı PSJ, “Torino”, “Palermo” və “Napoli” kimi klublarda çıxış edib.