“Çelsi” Armando Broyanı icarəyə verib.
İdmanxeber.az-ın məlumatına görə, albaniyalı forvard mövsümün sonuna qədər “Fulhem”də çıxış edəcək. “Fulhem” bu keçid üçün “zadəganlar”a 750 min avro ödəyəcək.
Broya bu mövsüm bütün turnirlərdə 19 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.