“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan növbəti dəfə təyinat alıb.
İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Polşada “Legiya” və Norveçin “Molde” komandaları arasında keçiriləcək Konftrans Liqasının pley-off mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qardaşılaşma fevralın 22-də Varşavada gerçəkləşəcək. İlk matçda Norveç klubu qələbə qazanıb – 3:2.
Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub.