19 Sentyabr 2024
Dünya futbolu

“Napoli” yenə məşqçisini dəyişdi

Mövsümə Rudi Qarsiya rəhbərliyində başlayan “Napoli” onu Valter Matzarri ilə əvəz etmişdi.

İdmanxeber.az-ın məlumatına görə, Neapol klubu 62 yaşlı mütəxəssislə də yollarını ayırıb. Matzarrinin 2-ci “Napoli” dönəmi cəmi 3 ay çəkdi.

Son çempionun yeni baş məşqçisi Françesko Kalzona olacaq. Kalzona daha öncə “Napoli”də köməkçi məşqçi kimi çalışıb. O, bu mövsümün sonuna qədər həm Neapol klubuna, həm də Slovakiya millisinə başçılıq edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43