19 Oktyabr 2024
Ölkə futbolu

Türkiyəli sabiq FIFA referisi “Kəpəz” – “Qəbələ” matçındakı mübahisəli məqamı dəyərləndirdi

Azərbaycan Premyer Liqasının 24-cü turunda “Kəpəz” “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.

Qarşılaşmanın 47-ci dəqiqəsində “sarı-göylər”in cərimə meydançasında baş verən bir epizod xeyli müzakirələrə səbəb olub. Belə ki, “Qəbələ”nin futbolçusu Urfan Abbasovun ötürməsi “Kəpəz”in oyunçusu Ehtiram Şahverdiyevin əlinə dəyib.

Əlin açıq olmasına rəğmən, matçın baş hakiminin penalti təyin etməməsi və VAR-ın Həmzəzadəni epizodu izləmək üçün monitora dəvət etməməsi xeyli müzakirələrə yol açıb.

Mübahisəyə səbəb olan epizodu şərh etmək üçün türkiyəli sabiq FİFA referisi Deniz Ateş Bitnelə müraciət etdik. O, İdmanxeber.az saytına bunları dedi:

“Top əlinə dəyən futbolçu təbii vəziyyətdə idi. O, bilərəkdən əlini yuxarı və aşağı tərəfə çəkmir. Burada penalti yoxdur. Hakim doğru qərar verib”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43