PSJ dünən keçirilən oyunda “Renn”lə bərabərə qalıb – 1:1.
İdmanxeber.az-ın məlumatına görə, Paris klubu hesabda geri olarkən baş məşqçi Luis Enrike Kilian Mbappeni əvəzləyib. İspaniyalı mütəxəssis görüşdən bunu belə açıqlayıb:
“Gec və ya tez Mbappesiz oynamağa öyrəşməliyik”.
PSJ 54 xalla Fransa Liqasında liderdir.