“Əl-İttihad” Mark-Andre ter Ştegenlə maraqlanır.
İdmanxeber.az “Relevo”ya əsasən xəbər verir ki, Səudiyyə Ərəbistan klubu almaniyalı qolkiper üçün hələlik “Barselona”ya təklif verməyib.
Ter Ştegen Katalon klubunda xoşbəxtdir və 2028-ci ilə qədər müqaviləsi var.
31 yaşlı qapıçı bu mövsüm 21 oyuna çıxıb və 9 oyunda qapısını qola bağlayıb.
Transfermarkt portalına görə oyunçu dəyəri 35 milyon avrodur.