05 İyun 2026
Dünya futbolu

Foden cari mövsümdə 2-ci dəfə

“Mançester Siti” ötən gecə Premyer Liqada növbəti oyununa çıxıb.

İdmanxeber.az məlumat verir ki, “şəhərlilər” mövsümün yaxşı komandalarından “Aston Villa”nı qəbul edib. Görüş MS-nin inamlı qələbəsiylə başa çatıb – 4:1.

“Mavilər”in oyunçusu Fil Foden bu görüşdə het-trik edib. Bu, Fodenin bu mövsümkü 2-ci het-triki olub. Bu mövsüm ondan başqa bunu Premyer Liqada edə bilən olmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43