“Leyptsiq”də icarə əsasında çıxış edən PSJ-nin vingeri Xavi Simons “Barselona”ya keçmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun nümayəndələri yaxın vaxtlarda Kataloniya klubunun rəsmiləri ilə əlaqə saxlayacaq. Xavinin PSJ-nin gələcək planlarına daxil olmadığı da bildirilir.
Simons bu mövsüm Leypsiq üçün 42 oyun keçirib, 9 qol vurub və 15 məhsuldar ötürmə edib. 21 yaşlı hollandiyalının PSJ ilə müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir.

