Cari mövsümü Azərbaycan çempionu kimi tamamlayan “Qarabağ”ın Çempionlar Liqası I təsnifat mərhələsində daha 4 potensial rəqibləri məlum olub.
İdmanxeber.az-ın məlumatına görə, bunlar “Selye” (Sloveniya), “Hamrun” (Malta), “Larne” (Şimali İrlandiya) və “UE Santa Koloma” (Andorra) komandalarıdır. Bu klublarla yanaşı, Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi”, İslandiyanın “Vikinqur”, San Marinonun “Virtus”, Belarusun “Dinamo” (Minsk) təmsilçiləri də”Qarabağ”ın potensial rəqibləri sırasında yer alıb.
Xatırladaq ki, “Köhlən atlar” püşkatmada səpələnmişlər, adı çəkilən klublar isə səpələnməmişlərdə olacaq.
Çempionlar Liqası I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

