Türkiyə Super Liqası 36-cı turunda “Hatayspor” doğma meydanda “Ankaragücü”nü qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, Hatay təmsilçisi görüşdən qələbə ilə ayrılıb – 2:1. Komandanın qələbə qolunu millimizin hücumçusu Renat Dadaşov vurub.
Həmyerlimizin fərqlənməsinə yığmamızın digər üzvləri – Mahir Emreli və Eddi İsrafilov biganə qalmayıb.
Onlar sosial şəbəkə hesablarından Dadaşovu təbrik ediblər.
Xatırladaq ki, “Hatayspor” 37 xalla 18-ci sırada qərarlaşıb.


