28 İyun 2026
Ölkə futbolu

Bölgə klubu derbiyə “300 Spartalı” axtarır – VİDEO

Azərbaycan I Liqası XXVI turunda “Karvan” doğma meydanda “Mingəçevir”i qəbul edəcək. “Aran derbisi” adlanan qarşılaşmaya bölgədə fanatların böyük marağı var.

Xüsusi ilə qonaq komanda Yexlax səfərinə ciddi azarkeş dəstəyi ilə yollanmağı planlayır. Hətta bununla bağlı “Mingəçevir” komandası maraqlı videoçarx hazırlayıb.

Xarırladaq ki, “Karvan” 38 xalla beşinci, “Mingəçevir” 26 xalla 8-ci sıradadır. Matç mayın 15-də, saat 17:00-da baş tutacaq.

Derbi öncəsi hazırlanan videonu təqdim edirik:

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43