“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem komandanın vingeri Vinisius Junioru dünyanın ən yaxşı oyunçusu elan edib.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə futbolçu özü açıqlama verib. O, “Real”ın cari mövsüm çempionluq tədbirində çıxış edib:
“İlk çempionluğum üçün çox şadam. Bu nəticədə hamımızın əməyi var. Mən dünyanın ən yaxşı oyunçusu olan Vinisiusun yanındayam və çox xoşbəxtəm”.
Bu mövsüm Vinisiusun aktivində 13 qol və 5 məhsuldar ötürmə var.

