28 İyun 2026
Dünya futbolu

“Beşiktaş” ingiltərəli futbolçunu geri qaytarır

“Beşiktaş” ingiltərəli futbolçu Co Uorrolla bağlı qərarını verib.

İdmanxeber.az xəbər verir ki, məşqçilət heyəti oyunçunun xidmətindən razı deyil. 27 yaşlı müdafiəçi müqavilə ilə “Nottingem Forest” klubuna məxsusdur. 

Yayda Uorrolun komandasına qayıdacağı gözlənilir.

İngiltərə U-21 millisinin sabiq üzvü “qara qartallar”ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43