28 İyun 2026
Dünya futbolu

İtaliya millisinin futbolçusu AVRO-2024-ü buraxacaq

İtaliya milli komandasının heyətində ciddi itki baş verib.

İdmanxeber.az-ın məlumatına görə, Nikolo Zaniolo sıradan çıxıb. “Aston Villa”da çıxış edən futbolçu ayağından zədə alıb. O, Avropa çempionatında iştirak edə bilməyəcək.

Müqavilə ilə “Qalatasaray”a məxsus olan Zaniolo icarə əsasında İngiltərə klubunda forma geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43