01 Noyabr 2024
Ölkə futbolu Premyer Liqa

Elmar Baxşıyevdən Zaur Axundova QADAĞA!

“Araz Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev klubun de-fakto rəhbəri Zaur Axundova şərt qoyub. Belə ki, təcrübəli mütəxəssis Naxçıvan təmsilçisi ilə razılaşarkən, komanda daxilində tək söz sahibi özünün olmasını istəyib.

O, Zaur Axundova açıq şəkildə soyunub-geyinmə otağına gəlməməsini və uğursuz nəticələr zamanı futbolçulara kobud sözlər deməməsini tələb edib. İkili arasında görüşmə zamanı Baxşıyev “komanda mənimdir, heç kim qarışmasın” deyə, Zaur Axundova bildirib.

Xatırladaq ki, “Araz Naxçıvan”ın de-fakto rəhbəri daha öncə “Keşlə” klubunu idarə edirdi. Onun adı bu illərdə bir çox neqativ hallarla çəkilib.

Belə ki, Axundovun uğursuz nəticələrdən sonra dəfələrlə soyunub-geyinmə otağında oyunçuları təhqir etdiyi və onlara qarşı kobud davranışlar sərgilədiyi iddia olunur.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43