Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.az iclasda qəbul edilən qərarları təqdim edir:
10.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIV turun “Neftçi” – “Kəpəz” oyununun 75-ci dəqiqəsində “Kəpəz” klubunun 88 nömrəli futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Kəpəz” klubu 1500 manat cərimə edilir (maddə 39.1);
11.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIV turun “Zirə” – “Qarabağ” oyununun 89-cu dəqiqəsində “Zirə” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
11.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIV turun “Zirə” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilir (maddə 37);
12.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIV turun “Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);
12.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIV turun “Qəbələ” – “Sabah” oyununun 65-ci dəqiqəsində “Sabah” klubunun 18 nömrəli futbolçusu Davit Volkov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Sabah” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.3, 32);