Türkiyə Super Liqası təmsilçisi “Sivasspor” “Qarabağ”ın futbolçusunu heyətinə qatmaq niyyətindədi.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun baş məşqçisi Bülen Uyğun “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişinə açıqlama verib.
O bildirib ki, Bayramov bəyəndiyi oyunçulardandı və şərtlər uyğun olsa, futbolçunu trasfer etmək istəyirlər.
Xatırladaq ki, “Sivasspor” mövsümü 7-ci pillədə başa vurub.