27 Noyabr 2024
Ölkə futbolu

Şahruddin Super Liqa klubu ilə bağlı qərarını verdi

“Adana Demirspor”da çıxış edən millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev klubundan ayrılmayacaq.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, təcrübəli qolkiper özünə gələn təklifləri dəyərləndirməmək qərarına gəlib. Daha öncə klubda yaranan maliyyə böhranı səbəbindən oyunçunun Adana təmsilçisindən ayrılacağı bildirilsə də, rəhbərliyin dəyişməsinin ardından Şahruddin başqa komandaya getməmək qərarına gəlib.

Xatırladaq ki, mövsümün əvvəlində istefa verən Murat Sancak yenidən “Adana Demirspor”a prezident təyin edilib.

Şahruddinin klubu ilə 2025-ci ilə qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43