29 Sentyabr 2024
Dünya futbolu

“Real”ın hücumçusunu ərəblər alır

“Real”ın hücumçusu Xoselu klubdan ayrılır.

İdmanxeber.az-ın məlumatına görə, hücumçu karyerasını Qətərdə davam etdirəcək. O,  “Əl-Qarafa” klubuna keçməyə qərar verib.

Ötən mövsüm Xoselu “Real”ın heyətində 49 oyuna çıxıb, 17 qol vurub və 3 qolun ötürməsini edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43