29 Sentyabr 2024
Ölkə futbolu

Rəşad Sadıqov bu futbolçunu sərəncamında görmək istədi – DANIŞIQLAR BAŞLADI

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə” heyətini gücləndirmək yolunda işləri sürətləndirib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, qəsəbə təmsilçisi indi də Gürcüstan millisinin sabiq üzvü Georgi Papunaşvilinin xidmətində maraqlıdı.

Son mövsümü “Kəpəz”də keçirən təcrübəli yarımmüdafiəçi ilə danışıqlar davam edir. Əgər tərəflər ortaq məxrəcə gələ bilsələr, bir zamanlar İspaniyada da top qovmuş 28 yaşlı futbolçunu Rəşad Sadıqovun sərəncamına görə biləcəyik.

Qeyd edək ki, Papunaşvili müxtəlif illərdə İspaniyanın “Saraqoza”, “Rasinq”, Kiprin “Apollon”, Gürcüstanın “Samtredia” və “Telavi” klublarında çıxış edib.

Tunar


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43