20 Sentyabr 2024
Dünya futbolu

Kyellini “Yuventus”a qayıdır

İtaliyalı sabiq müdafiəçi Corcio Kyellini “Los-Anceles” klubundakı postunu tərk edib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu 17 il çıxış etdiyi “Yuventus”a qayıda bilər. Onun Turin klubunun texniki direktoru ola biləcəyi vurğulanıb.

39 yaşlı futbolçu 2005-2022-ci illərdə “Yuventus”da çıxış edib. Daha sonra Los-Ancelesə köçüb və burada karyerasını başa vurub. O, 2024-cü ilin yanvarında Amerika klubunun məşqçilər korpusuna qoşulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43