20 Sentyabr 2024
İdman

Azərbaycanlı sabiq cüdoçu vəfat etdi

Azərbaycanlı sabiq cüdoçu Murad Heydərli vəfat edib.

İdmanxeber.az-ın məlumatına görə, məşqçilik edən 27 yaşlı mütəxəssisin ölüm səbəbi beyin xəstəliyi olaraq göstərilir.

Gənclər arasında Avropa kubokunun üçqat bürünc mükafatçısı olan Murad Beynəlxalq Cüdo Federasiyası Akademiyasını bitirib.

İdman ustası Heydərli “Abşeron” idman klubunun baş məşqçisi və rəhbəri olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43