“Yuventus” fransalı yarımmüdafiəçi Adrien Rabionun müqaviləsinin başa çatdığı üçün klubdan ayrıldığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu 2019-cu ildən İtaliya klubunda çıxış edir. Bu müddət ərzində o, İtaliya çempionu və iki dəfə ölkə kubokunun qalibi olub.
Ötən mövsüm 29 yaşlı Rabio İtaliya çempionatında “qoca sinyora”nın heyətində 31 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.