“Zenit” yarımmüdafiəçi Vendeli karyerasını “Qalatasaray”da davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, klublar arasında müqavilə razılaşdırılıb. Vendelin “Zenit”lə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulmuşdu.
“Transfermarkt” portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir. Yarımmüdafiəçi 2020-ci ildən “Zenit”də çıxış edir.