Azərbaycan I Liqa klubu “Karvan” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, transfer çalışmalarını davam etdirən komanda son olaraq “Kəpəz”də forma geyinən Kamran İbrahimovla müqavilə bağlayıb.
25 yaşlı qolkiper ilə 1 illik müqavilə imzalanıb.