“Napoli” rəsmi saytında yarımmüdafiəçi Maykl Folorunşo ilə müqavilə müddətinin uzadıldığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçu ilə yeni sözləşmə 2029-cu il iyunun 30-na kimi nəzərdə tutulub.
Folorunşo ötən mövsümü icarə əsasında “Verona”da keçirib. O, A Seriyasında 34 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi 2024-cü ildə Almaniyada keçirilən Avropa çempionatında İtaliya millisinin heyətində çıxış edib. O, Albaniya ilə qrup turniri oyununda (2:1) meydana çıxıb.