23 Sentyabr 2024
Ölkə futbolu

UEFA “Sumqayıt”ı böyük məbləğdə cərimələyə bilər – VİDEO

UEFA Konfrans Liqası II təsnifat turu çərçivəsində keçirilən “Sumqayıt” – “Fehervar” maçtında baş verənlərə görə təmsilçimizi cəzalandıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb sözügedən oyunda azarkeşlərin qurum əleyhinə səsləndirdikləri şüarlar olub. “Sumqayıt” azarkeşləri məğlub olduqları (1:2) matçın sonunda “UEFA mafia” şüarları səsləndiriblər.

Bu səbəbdən də klubun böyük məbləğdə cərimə edilməsi gözlənilir.

Xatırladaq ki, tərəflər arasında cavab qarşılaşması iyulun 31-də, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43