23 Sentyabr 2024
Dünya futbolu

Paytaxt klubu argentinalı ücumçu alır

“Yuventus”un hücumçusu Matias Sule “Roma”ya keçməyə yaxındır

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı argentinalı paytaxt təmsilçisiylə 2029-cu ilin yayına qədər illik 2 milyon avro maaş və bonuslarla müqavilə imzalayacaq.

Ötən mövsüm Sule “Frozinone”yə icarəyə verilmişdi. O, 39 matçda 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı futbolçunun dəyərini 25 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43