22 Sentyabr 2024
Dünya futbolu

“Barselona” “Leypsiq”in futbolçusu ilə danışıq aparır

“Barselona” “Leypsiq”in yarımmüdafiəçisi Dani Olmo ilə danışıqlar davam edir.

İdmanxeber.az-ın məlumatına görə, kataloniyalılar futbolçu üçün yeni təklif hazırlayır. Tərəflər kompensasiyanın miqdarını razılaşdırmalıdırlar.

Qeyd edək ki, “Barselona”nın əsas məqsədi Niko Uilyamsın transferidir. Razılaşma uğursuz olarsa, rəhbərlik diqqətini Olmoya yönəldəcək.

Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə “Leypsiq”in heyətində 25 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib. Avro 2024-də 6 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43