22 Sentyabr 2024
Dünya futbolu

Azərbaycan – Slovakiya oyununun stadionu açıqlandı

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya yığması ilə keçirəcəyi ev oyununun yeri müəyyənləşib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, C Liqasının 1-ci qrupu çərçivəsində 4-cü turun görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Oktyabrın 14-də keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43