“Sumqayıt” Misli Premyer Liqasının VII turunda doğma meydanda növbəti məğlubiyyətini aldı. “Kimyaçılar” evdə “Zirə”yə məğlub olaraq, ardıcıl 4 oyundur meydanı xalsız tərk edirlər.
Komandanın uğursuz gedişatı artıq azarkeşlərin səbr kasasını doldurub. Fanatlar sosial şəbəkələrdə klub rəhbəri Riad Rəfiyevə çox sərt etiraz edirlər. Onlar Rəfiyevin uğursuz transfer siyasətini və onun idarəediciliyinin yalnış olduğunu bildirir.
“Zirə” məğlubiyyətindən sonra fanatlar futbolçulara da sərt təpki göstərib. Doğma meydandakı uğursuz nəticənin ardından azarkeşlər oyunçulara “formanı çıxarın, rədd olun gedin” deyərək, etiraz ediblər.
Görünən odur ki, “Sumqayıt”dakı problemlər hər keçən gün daha da dərinləşir. Ötən mövsüm avrokuboklara vəsiqə qazanan komandanın bu vəziyyətə düşməsi Riad Rəfiyevin klubdakı hakimiyyətini itirməsinə doğru aparır.
Elə Samir Abasov futbolçuların kənar işlərlə məşğul olduğu deməsi də klubdakı özbaşınalığın, xaosun əsas göstəricisidir.
İdmanxeber.az