27 Noyabr 2024
İdman

Amerikalı oyunçu bölgə klubunda

“Lənkəran” heyətini daha bir amerikalı basketbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumata görə, bölgə təmsilçisi ABŞ-dan olan hücumçu Emanuel Littls ilə 1 illik müqavilə imzalayıb.

25 yaşlı basketbolçu “Lənkəran”a qədər 1 divizion klubları “Fleyer Vels” (Avstriya) və “Posusye” (Bosniya və Herseqovina) klublarının heyətində yer alıb.

Qeyd edək ki, bu, cənub klubunun 3-cü amerikalı basketbolçusu olub. “Lənkəran” buna qədər Qreqori Milton, Ceremi Berrayt və Maykl Rocersi heyətinə qatıb. Bundan başqa, Çinar Çakmak (Türkiyə) və yerli basketbolçular Rəşid Abbasov, Varid Ağasızadə, Mirməcid İsmayılov və Zumrat Ankbazovun keçidi rəsmiləşib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43