25 Sentyabr 2024
Ölkə futbolu

“Heyətdəki itkilərə baxmayaraq, komanda son oyunda yaxşı təsir bağışladı”

“Tottenhem”in baş məşqçisi Ange Postekoqlu UEFA Avropa Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, avstraliyalı mütəxəssis London klubunun heyətində beş futbolçunun Azərbaycan çempionu ilə matçı buraxacağını bildirib:

“Qarabağ”la oyun öncəsi komandada yeni zədəli futbolçu yoxdur. Hücumçular Rişarlison və Vilson Odober sıradan çıxıb, Kristian Romero cəzalıdır. Ced Spens və Serxio Regilonun meydana çıxmasına isə həkimlər icazə vermirlər. Heyətdəki itkilərə baxmayaraq, komanda son oyunda və məşqlərdə yaxşı təsir bağışladı. Bu mənada ciddi problem olacağını düşünmürəm”.

Sentyabrın 26-da “Tottenhem Hotspur” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43