İngiltərə Premyer Liqasının mətbuat xidməti oktyabr ayının ən yaxşı oyunçusu mükafatına namizədlərin adlarını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, mükafat uğrunda “Lester”in yarımmüdafiəçisi Fakundo Buonanotten (2 qol), “Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol (1 qol, 1 təmiz qol), “Brentford”un hücumçusu Brayan Mbeumo (3 qol), “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer (1 qol və 1 məhsuldar ötürmə) mübarizə aparacaq.
Siyahıda “Arsenal”ın hücumçusu Bukayo Saka (2 qol və 2 məhsuldar ötürmə), “Nottingem”in qapıçısı Mats Sels (1 təmiz qol, 2 buraxılan qol, 14 seyv), “Brayton”un hücumçusu Denni Uelbek (3 qol) və “Nottingem”in hücumçusu Kris Vud (4 qol) da var.