“İnter”in futbolçusu Hakan Çalhanoğlu karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Peremyer Liqa təmsilçilərindən “Mançester Siti” türkiyəli futbolçunun xidmətlərində maraqlıdı. “Şəhərlilər”in təcrübəli futbolçunu rənglərinə bağlamaq üçün qarşı tərəflə təmasa keçdiyi də bildirilir.
Qeyd edək ki, Hakanla Almaniyanın “Bavariya” klubu da yaxından maraqlanır.