Niderland millisinin futbolçuları Vircil van Dayk və Frenki de Yonq zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, onların yığmanın növbəti turunda qarşılaşacaqları Bosniya və Hersoqovina matçında iştirak etməyəcək.
Hər iki oyunçu da artıq millinin düşərgəsini tərk edib.
Qeyd edək ki, Bosniya və Hersoqovina – Niderland matçı noyabrın 19-da keçiriləcək.