“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev tutduğu vəzifədən ayrılıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə “bombardir.ru” nəşri məlumat yayıb. Bildirilir ki, təcrübəli mütəxəssis rəhbərliklə fikir ayrılığı səbəbindən postundan ayrılıb. Xəbərdə iddia edilir ki, Dmitri Simirnov, Vasili Berezutski və Aleksandr Naqornı “Turan Tovuz”un baş məşqçi postuna namizəddi.
Tərəflərin danışıq apardığı qeyd olunub.
Xatırladaq ki, Berdiyev 2024-cü ilin iyunundan komandaya başçılıq edir. “Turan Tovuz” hazırda Premyer Liqada üçüncü yerdə qərarlaşıb.