“Liverpul”un futbolçusu Federiko Kyeza zədəsini sağaldıb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu uzun müddətdən sonra yenidən meydanlara qayıda bilər. Onun UEFA Çempionlar Liqasında “Real”a qarşı görüşdə heyətə daxil ediləcəyi gözlənilir.
27 yaşlı hücumçu “Liverpul”un heyətində cəmi 3 oyun keçirib.