UEFA Avropa Liqası Liqa mərhələsinin V turunda “Qarabağ” “Lion”la üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, oyundan öncə matçın favoriti açıqlanıb. Futbol bilicələri Fransa klubunu bu görüşdə favorit hesab ediblər.
Belə ki, “Lion”nun qələbəsinə 2,07, “Qarabağ”ın qalibiyyətinə isə 3,54 əmsal təyin edilib. Oyunun heç-heçə bitmə ehtimalına isə 4,0 əmsal verilib.
“Qarabağ” – “Lion” qarşılaşması bu axşam saat 21:45-də start götürəcək.